Fransa yığmasının sabiq müdafiəçilərindən Frank Leböf “Çelsi”ni tənqid edib. 1996-2001-ci illərdə London klubunun şərəfini qorumuş 55 yaşlı veteran transfer siyasətinin bərbad olduğunu düşünür.

Futbolinfo.az xəbər verir ki, sabiq müdafiəçi xüsusilə hücumçulara “yüklənib”: “Rahim Sterlinq heç vaxt bombardir olmayıb. Başqa keyfiyyətləri var, amma qapı önündə çox bacarıqsızdır”.

Leböf Mihaylo Mudrikin qiymətinin şişirdlmiş olduğunu düşünür: “100 milyon funt-sterlinq xərc çəkilib. Lakin onun əsl dəyərinin nə olduğunu bilmirik. Çünki heç bir şey göstərməyi bacarmır”.

Sabiq müdafiəçi çox tənqid olunan Nikolas Ceksonun yaxşı hücumçu olacağına ümid edir: “İstedadı var, ötən mövsüm “Vilyarreal”da şansından yaxşı istifadə etdi. Amma bu gün “Çelsi”nin yükünü çəkəcək qədər yaxşı deyil”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp