Premyer Liqanın 7-ci turunun “Qəbələ” – “Qarabağ” matçının birinci hissəsinin sonlarında gərginlik yaşanıb.

Futbolinfo.az xəbər verir ki, meydan sahiblərinin üzvü Bilel Auaşeriya ilə qonaqların müdafiəçisi Kevin Medina arasındakı sərt mübarizə dava-dalaşla yekunlaşıb.

Belə ki, əsəblərini cilovlaya bilməyən Medina rəqib futbolçunun üzünə zərbə endirib. Bu, digər futbolçuların da iştirakı ilə dava-dalaşın yaranmasına gətirib çıxarıb.

Hakim baş verənlərə görə Medinaya əvvəlcə sarı vərəqə göstərsə də, VAR-a baxdıqdan sonra onu birbaşa qırmızı vərəqə ilə meydandan qovub. Texniki zonada əyləşənlərin də iştirakçısı olduğu dava-dalaşın yekununda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sarı, “Qəbələ”nin məşqçisi Rasim Ramaldanov isə qırmızı vərəqə ilə cəzalanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp