“Bayern”in idman direktoru Kristof Froynd komandanın güclənəcəyini deyib. O, Almaniya mətbuatına açıqlamasında heyətin yetərli olmadığını, yeni transferlərə gərək duyulduğunu bildirib.
Futbolinfo.az xəbər verir ki, Froynd klubun qışda transfer bazarında fəal olacağını vəd edib: “Menecerlərlə aktiv təmasdayıq. Önümüzdəki transfer dönəmində komandanın keyfiyyətini artırmağa, heyəti genişləndirməyə çalışacağıq”.
“Bayern”in gücləndirməsi gərəkən mövqelər əsasən müdafiə xəttidir. Münhenlilərin rəsmisi yanvarda stopper axtaracaqlarını sözlərinə əlavə edib.