Avroliqanın yeni mövsümü ərəfəsində “Basket News” turnirdə iştirak edəcək komandaların reytinq cədvəlini təqdim edib. Nəşrin versiyasına görə, kuboku qazanmaq şansı ən yüksək olan komanda Madrid “Real”ıdır.

“Basket News”a görə Avroliqa klublarının reytinqi:

1. Real Madrid

2. Monako

3. Olimpiakos

4. Panatinaikos

5. Barselona

6. Anadolu Efes

7. Fənərbağça

8. Milan

9. Makkabi

10. Partizan

Xatırladaq ki, ötən il Avroliqanın qalibi də məhz ispan klubu olmuşdu. Yarışın finalında madridlilər Yunanıstanın “Olimpiakos” klubunu 79:78 hesabı ilə məğlub etmişdilər. Bundan əvvəl isə “Anadolu Efes” ardıcıl iki il turnirin qalibi olmuşdu.

Əlavə edək ki, Avroliqanın qalibi ilə MBA komandası arasında görüş keçiriləcək. Oktyabrın 10-da Madriddə yerli komandanın qonağı Luka Donçiçli “Dallas Maveriks” olacaq.

Shares: