Lamin Yamal tarixə düşdü. “Barselona”nın yarımmüdafiəçisi Çempionlar Liqasında start heyətdə yer alan ən gənc futbolçu ünvanına sahib çıxdı.

Futbolinfo.az xəbər verir ki, ispanların dünən “Portu”nu səfərdə tək qolla yendiyi 2-ci tur matçında Yamal start heyətində meydanda idi. Bunu 16 yaş 83 günündə bacaran oyunçu yeni rekordçu oldu.

İndiyədək bu rekord Selestin Babayaroya aid idi. O, 1994-cü ildə 16 yaş 86 günlük ikən start heyətində meydana çıxmışdı. Yamal 3 günlük fərqlə onu geridə qoydu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp