Yaroslav Rakitski Çempionlar Liqasında qol vuran ən yaşlı ukraynalı oldu. Təcrübəli müdafiəçi bu ünvana dünən sahib çıxdı.

Futbolinfo.az xəbər verir ki, yayda “Şaxtyor”a qayıdan Rakitski “Antverpen”lə Belçikadakı matçda (3:2) qələbəyə qollardan birini vurmaqla töhfə verdi. O, bunu 34 yaş 62 günlüyündə bacardı. Əvvəlki rekord 33 yaş 36 günlüyündə fərqlənən Andrey Şevçenkoya aid idi.

Rakitski bunadək ÇL-də son qolunu “Zenit”də vurmuşdu. O, 2021-ci ildə “Malme”nin qapıçısını məyus etmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp