“Napoli”nin prezidenti Aurelio de Laurentis Viktor Osimpenin satılmayacağını bəyan edib. O, nigeriyalı hücumçuyla bağlı xoşagəlməz qalmaqalın artıq unudulduğunu deyib.

Futbolinfo.az xəbər verir ki, Osimhen baş məşqçi Rudi Qarsiyanın onu erkən əvəzləməsinə etiraz etmiş, sonra hamıdan üzr istəmişdi. Lakin klubun sosial şəbəkə hesablarında futbolçunu aşağılayan paylaşımlar edilmişdi. Bundan sonra qalmaqal yaranmış, Osimhen hamıdan üz döndərmişdi.

Futbolçunun rəhbərliyə onu qışda satması üçün müraciətindən sonra bir sıra klublar transfer üçün sıraya durmuşdu. Lakin neapollular həmin paylaşımları edən məsul şəxsi işdən qovmaqla Viktorun könlünü ala bilib. De Laurentis də bu barədə danışıb: “Osimhen komandanın bir parçası, hətta əsas hissələrindəndir. Onu satmayacağıq, hətta müqavilə müddətinin uzadılması ilə da bağlı hər hansı problem yoxdur. “Napoli”də hamı xoşbəxtir. Ara-sıra problemlər gələr və gedər. Unutmaq lazımdır”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp