“Sabah” basketbol komandası FİBA Avropa Kubokunun qrup mərhələsində bu gün son oyununu keçirəcək.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu Şimali Makedoniyada Rumıniya klubu “Rapid”lə qarşılaşacaq.

Komandalar ilk iki matçda qələbə qazandıqlarından, bu, həlledici duel olacaq. Qalib növbəti mərhələyə vəsiqə qazanacaq. Məğlub isə qrup ikinciləri arasında ən yaxşı iki nəticədən birinə ümid edəcək.

Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.

Qeyd edək ki, “Sabah” qrupun əvvəlki görüşlərində Niderland təmsilçisi “Donar”ı 75:72, Şimali Makedoniya klubu “Rabotniçki”ni isə 83:81 hesabı ilə məğlub edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp