“Sabah” basketbol komandası FİBA Avropa Kubokununun müntəzəm mövsümündə Türkiyə, Monteneqro və Çexiya təmsilçiləri ilə qarşılaşacaq.

Futbolinfo.az xəbər verir ki, təsnifat mərhələsində yer aldığı qrupu birinci pillədə başa vuran Azərbaycan çempionu bu dəfə D qrupunda mübarizə aparacaq.

Boban Mitevin yetirmələri ilk oyununu oktyabrın 18-də keçirəcəklər.

“Sabah”ın qrupda keçirəcəyi matçların təqvimi belədir:

18 oktyabr
“Mornar” (Monteneqro) – “Sabah”
Bar. Topolika İdman Zalı

25 oktyabr
“Sabah” – “Bağçaşəhər” (Türkiyə)
Bakı. “Sərhədçi” İdman Mərkəzi

1 noyabr
“Nimburk” (Çexiya) – “Sabah”
Nimburk İdman Mərkəzi

8 noyabr
“Sabah” – “Mornar” (Monteneqro)
Bakı. “Sərhədçi” İdman Mərkəzi

15 noyabr
“Bağçaşəhər” (Türkiyə) – “Sabah”
İstanbul. Ülkər İdman Zalı

22 noyabr
“Sabah” – “Nimburk” (Çexiya)
Bakı. “Sərhədçi” İdman Mərkəzi

Qeyd edək ki, “Sabah” təsnifat mərhələsində “Donar” (Niderland), “Rabotniçki” (Şimali Makedoniya) və “Rapid”i (Rumıniya) məğlub edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp