“Vest Hem” Avropa yarışlarında 17 matçlıq məğlubiyyətsizlik seriyasını davam etdirən ilk İngiltərə klubu olub.

Futbolinfo.az xəbər verir ki, oktyabrın 5-də Avropa Liqasının qrup mərhələsində ingilislər “Frayburq”u 2:1 hesabı ilə məğlub edərək, qələbə qazanıblar.

Beləliklə, klub 17 məğlubiyyətsiz matçla rekorda imza atıb ki, bura təsnifat mərhələsi oyunları da daxildir.

“Vest Hem” hazırda 6 xalla Avropa Liqasının A qrupunda birinci yerdədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp