Yaponiyanın Sapporo şəhəri 2030-cu il Qış Olimpiya Oyunlarına ev sahibliyindən imtina etmək qərarına gəlib. Bu barədə çoxsaylı mənbələrə istinadən “Kyodo” agentliyi məlumat yayıb.

Futbolinfo.az xəbər verir ki, belə qərar Tokio-2020 ilə bağlı korrupsiya qalmaqallarıdır. İddia və qalmaqallar ictimai rəyə ciddi təsir edib.

Sapporo meri Katsuhiro Akimoto məlumatı təsdiqləməsə də, oktyabrın 11-də Yaponiya Olimpiya Komitəsinin prezidenti Yasuhiro Yamaşita ilə görüş keçirəcəyini bildirib. Görüşdə gələcək fəaliyyətlər müzakirə ediləcək.

Yamaşita 2030-cu il oyunlarına namizədlə bağlı sualları cavablandırmaqdan imtina edib. O, “hazırda heç nə ilə bağlı şərh verə bilmərəm”, – deyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp