Joze Mourinyo “Roma” ilə müqaviləsini yeniləməyəcək. Portuqaliyalı mütəxəssis klub futbolundan “doyub”.

Futbolinfo.az xəbər verir ki, İtaliya klubu ilə müqaviləsi 2024-cü ilin yayında bitəcək Mourinyo qərarını verib. Təcrübəli mütəxəssis karyerasını milli komandada davam etdirmək istəyir. O, İtaliya, İngiltərə və ya Braziliya yığmalarından birindən dəvət alacağına ümid edir.

Bu yay Portuqaliya millisindən imtina edən Mourinyo “Roma”da uğur qazanmaq istəyirdi. Lakin klub rəhbərliyi onun tələb etdiyi büdcəni ayıra bilmədi. Bu səbəbdən klubda böyük uğur qazanması mümkünsüz görünən Joze fikrini dəyişib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp