“Turan Tovuz”un baş məşqisi Ayxan Abbasov Premyer Liqanın 9-cu turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularım meydanda çox əziyət çəkdilər. Təəssüf ki, diqqətsizlikdən birinci hissədə qol buraxdıq. İkinci hissədə oyunu bərabərləşdirdik. Üstünlüyümüz də var idi. Amma yenə standart vəziyətdən qol buraxdıq. Məncə, qoldan öncə də rəqibin hücumçusu futbolçumuza dirsək atmışdı. Neçə oyundur xırda follar, “Sumqayıt”la oyunda verilməyən penalti bizə baha başa gəlir. Xallarımızı qazana bilmirik. Amma bu gün oyun baxımından futbolçulardan razı qaldıq. Sonluq çatmadı. Bu sonluq neçə oyundur bizə əziyət verir. Bu da düzələcək. Əsas odur ki, ruhdan düşməyək. Bununla birinci dövrə bitdi. 11 xal topladıq. Daha çox ola bilərdi. Demək ikinci dövrə bundan da çətin keçəcək. Ağır qrafikə giririk. Komandama inanıram. Fasilədən istifadə edib, gələn oyunlara yaxşı hazırlaşmaq lazımdır. Zədəlilərimiz də var idi. Bu gün Miller zədədən sonra belə templi oyuna bir hissə dözə bildi. Şəhriyarın, Veysəlin olmaması istər-istəməz çətinlik yaratdı. Onların yerində oynayan futbolçuların əzmkarlıq göstərmələri bizi sevindirdi”.

Shares: