Bu gün AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirilib. İclasda AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov və Misli Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.

Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, komitənin sədri vəzifəsinə seçki keçirilib. “Sabah” klubunun prezidenti Maqsud Adıgözəlov səs çoxluğu ilə Klublar Komitəsinin sədri seçilib.

Qeyd edək ki, buna qədər Klublar Komitəsinin sədri “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov idi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp