“Çox maraqlı çempionat keçir”. Bunu futbolinfo.az saytına açıqlamasında “Qəbələ”nin sabiq kapitanı Cavid Hüseynov Premyer Liqanın I dövrəsi barədə danışarkən deyib.

Hazırda II Liqa komandası “Cəbrayıl”ın baş məşqçisi olan 35 yaşlı mütəxəssis qış təlim-məşq toplanışından sonra mübarizənin daha da gərginləşəcəyini düşünür: “Hazırda formada olmayan komandalar var ki, ötən mövsümlə müqayisədə indi aşağı pillələrdə qərarlaşıblar. Ancaq bu, hələ son demək deyil. Çünki qış təlim-məşq toplanışından sonra komandalar güclərinə güc qatacaqlar. Həmin dönəmdən kimlərin faydalanacağı sual altındadır. Qış təlim-məşq toplanışının ardından 2-3 tur keçsin, ondan sonra kimin daha iddialı olacağını biləcəyik”.

Hüseynov qış fasiləsindən sonra toparlanacaq komandaların çempionluq yarışına qoşulmalarının da çətin olacağını etiraf edib: “Ola bilsin ki, həmin klublar üçün çempionluq uğrunda mübarizə aparmaq o dövrdə gec olacaq. Amma avrokuboklara vəsiqə uğrunda yarışa bilərlər”.

Qeyd edək ki, Premyer Liqada bir neçə klubun formasını geyinmiş Cavid Hüseynov Türkiyədə “Adana Dəmirspor”un heyətində legioner həyatı yaşayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp