Fransa Peşəkar Futbol Liqası Liqa 1-ə maraq olmadığını etiraf edib. Hətta milli çempionatın telekanallar vasitəsi ilə yayımlanmaması mümkündür.

Futbolinfo.az xəbər verir ki, qurum rəsmiləri Liqa 1 və Liqa 2-ni yayımalamaq üçün heç kimdən təklif almadıqlarını bildiriblər. Heç bir telekanal tələb olunan 693 milyon avroluq illik vəsaiti ödəmək istəmir. Bu üzdən sözügedən yarışların Fransa kanallarında yayımlanmaması mümkündür.

Televiziya kanalları bu qədər böyük məbləğin qeyd olunan liqaları yayımlamaq üçün çox olduğunu düşünür. Liqa 1-də PSJ-nin aşkar hegemonluğu var, üstəlik parislilər də əsas ulduzları olan Lionel Messi və Neymarla vidalaşıb. Digər komandalarda isə dünya ulduzu sayıla biləcək kimsə yoxdur. Buna görə də Fransa Peşəkar Futbol Liqası çətin vəziyyətə düşüb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp