“Real”da ikinci Bellingemi görə bilərik. Madridlilər bu yay transfer etdiyi Cudun qardaşını da düşərşəsinə gətirməyə hazırlaşır.

Futbolinfo.az xəbər verir ki, gəldiyi gündən ümidləri doğruldan İngiltərə millisinin üzvü Dortmund “Borussiya”sına ödənilən 103 milyon avroya layiq olduğunu isbatlayır. Bu üzdən İspaniya nəhəngi Job Bellingemə də maraq göstərir. Hücumçu artıq qışda Madridə yollana bilər.

“Real” Jobun İngiltərə U-19 millisindəki çıxışını izləmək üçün skautlarını göndərib. “Sanderlend”in 18 yaşlı üzvünün izlənməsini şəxsən klub prezidenti Florentino Peres istəyib.

“Birmingem” yetirməsi olan Job bu yay “Sanderlend”ə keçib. 20 yaşlı Cud isə “Birmingem”i 2020-ci ildə “Borussiya”ya dəyişmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp