Lionel Messi “İnter Mayami”dən ayrılmayacaq. Argentina millisinin kapitanı MLS-də fasilənin yaranmasından istifadə edərək başqa kluba icarəyə yollanmaq niyyətində deyil.

Futbolinfo.az xəbər verir ki, bu barədə hücumçu özü məlumat verib: “Heyf ki, pley-offlara vəsiqə qazana bilmədik. Son bir neçə oyunda çıxış edə bilmədim, bir neçə zədəm oldu. Bizim üçün çətin idi, üç gündən br oynayırdıq, təyyarədə çox vaxt keçirdik. İndi məşqlərə davam edəcəm və noyabrda milli komandanın düşərgəsinə yollanacam. Başqa kluba getmirəm”.

Xatırladaq ki, daha öncə Messinin Səudiyyə Ərəbistanı klublarından birinə icarəyə gedəcəyi, 6 aydan sonra “İnter Mayami”yə qayıdacağı deyilirdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp