Adil Rami Lionel Messi ilə meydanda qarşılaşmasından danışıb. O, argentinalı hücumçunu dəhşətlə xatırlayıb.

Futbolinfo.az xəbər verir ki, vaxtilə “Valensiya” və “Sevilya”da “Barselona”ya qarşı oynamış 37 yaşlı sabiq müdafiəçi deyib: “Topa toxunanda göz bəbəklərim böyüyürdü. Tanrıya yardım üçün yalvarmağa başlayırsan”.

Mərakeş əsilli oyunçu Kriştianu Ronaldonu da sevdiyini deyib: “Ronaldo ilə Messini qarşılaşdıra bilməzsiniz. “Barsa”ya qarşı oynarkən bir ordu kimi hər an birlikdə idik. Yalnız Messini hədəf alırdıq. İnyesta, Xavi, Busqets – hamısını izlədim, mövqelərini dəyişdilər, yorulmadım. Ancaq Messi başqa idi”.

Rami onu başa düşmək üçün Messiyə qarşı oynamağı vacib sayır: “Hər şeyi anlamaq üçün onunla meydanda üz-üzə gəlməlisiz. Top ayağında ikən hamımız panikaya düşdük. Hər zaman topu Messidən almaq istəyən adam olmaq istərsən, amma bu imkansızdır. O, sadəcə bir insan və ya futbolçu deyil. Biz onu dayandırmağa çalışanda, hər dəfə xətlərin arasından keçməyə yol tapırdı”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp