Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” Türkiyə Super Liqasının 9-cu turunda “Fənərbaxça”nın qonağı olacaq.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, İstanbul klubunun baş məşqçisi İsmail Kartal öz meydanlarındakı matça böyük önəm verir. Mütəxəssis hətta rəqibin heyətində ən çox ehtiyat etdiyi oyunçuları da müəyyənləşdirib.

Maraqlıdır ki, onun “Hatayspor”da çəkindiyi oyunçulardan biri də Dadaşovdur. Forvardın yaxşı forma yığması, ötən turda “Konyaspor”la görüşdə dubl etməsi Kartalı narahat edir. O, qarşıdakı matçda yığmamızın hücumçusu ilə bağlı müdafiəçilərinə xüsusi təlimat verib.

Qeyd edək ki, “Fənərbaxça” – “Hatayspor” oyunu oktyabrın 22-də keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp