Dünyanın 11 nömrəli raketka ustası , “Uimbldon” turnirinin yarışmfinalçısı Hubert Hurkaç ATP turnirlərində 2019-cu ildən bəri ilk dəfə bir mövsüm ərzində 1000 dəfə eys edib. Bu hadisə Parisdə keçirilən “Masters” seriyalı turnirin ikinci mərhələsində baş verib.

Futbolinfo.az xəbər verir ki, polşalı tennisçi ispan Bautista-Aqut üzərində 6:3, 6:2 hesablı qələbə qazanıb. Hurkaç görüş ərzində 19 dəfə eys edib. Bununla da onun builki eyslərinin sayı 1003 olub.

Xatırladaq ki, sonuncu dəfə belə bir nəticəni amerikalı tennisçilər Con İsner və Rayli Opelka göstərə biliblər. Onlar 2019-cu ildə bu həddi keçməyi bacarmışdılar. Ümumiyyətlə, belə bir statistika 1991-ci ildən aparılır. Bu müddət ərzində 9 tennisçiyə 1000 eys həddini keçmək nəsib olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp