Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella “Real”ın məşqinə baş çəkib. İtaliyalı mütəxəssis yığmanın üzvü Arda Güləri iş başında izləmək, həmçinin madridlilərin çalışdırıcısı Karlo Ançelotti ilə söhbətləşmək istəyib.

Futbolinfo.az xəbər verir ki, Ardanı məşqdə izləyən Montella daha sonra yarımmüdafiəçi ilə görüşüb və təəssüratlarını bölüşüb: “Ardanın əla gələcəyi var. Onun istedadına bələdəm və daha da parlayacağına əminəm. Bu səbəbdən milli komandanın liderlərindən biri kimi gördüyüm futbolçunu görmək istədim. Tez-tez zədə almasından narahat deyiləm, o, bizim gələcəyimizdir”.

Montella “Sky Sport”a açıqlamasında Ançelottinin də futbolçu haqda yüksək fikirdə olduğunu deyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp