MBA-nın komissioneri Adam Silver liqadakı komandalarının sayının arta biləcəyini söyləyib. Onun sözlərinə görə, yeni komanda Kanadadan ola bilər.

“Kanada əla basketbol bazarına çevrilib. Bunu “Toronto Reptors”un timsalında görmək mümkündür. Onlar çox gözəl iş görürlər. Bildiyimə görə, Monrealdan da maraq var. Bundan başqa Vankuverdə də maraq hələlik qalmaqdadır”, – deyə funksioner qeyd edib.

Bundan başqa liqanın rəhbəri Kanada millisinin dünya çempionatındakı uğuruna da diqqət verib. Onun sözlərinə görə, əhali arasında basketbola maraq kifayət qədər artıb.

Xatırladaq ki, Kanada milli komandası son dünya çempionatının bürünc mükafatçısıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp