İsveç yığmasının yarımmüdafiəçisi Matias Svanberq maraqlı təşəbbüslə çıxış edib. O, azarkeşlərdən üzr istəmək üçün onların xərclərini ödəmək istəyir.
Futbolinfo.az xəbər verir ki, o, AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində dünən keçirilən matçda Azərbaycan millisinə 0:3 hesabı ilə uduzmaları barədə “Fotbollskanalen”ə danışarkən deyib: “Çox üzgünük. Bizi dəstəkləmək üçün Bakıya yollanan azarkeşlərimizin məsrəflərini qarşılamaq istəyirik”.
Qeyd edək ki, bu qələbədən sonra xal hesabını 7-yə yüksəldən Azərbaycan F qrupunda 4-cü pillədə qalıb. İsveç isə eyni xalla 3-cü sıradadır. Son turda millimiz Belçikanın qonağı olacaqsa, İsveç Estoniyanı qəbul edəcək. Hər iki qarşılaşma noyabrın 19-da keçiriləcək.