İngiltərə millisinin və “Real”ın yarımmüdafiəçisi Cud Bellingem 2023-cü ilin “Golden Boy” mükafatını qazanıb.

Futbolinfo.az xəbər verir ki, bu mükafat Avropada ilin ən yaxşı gənc futbolçusuna (21 yaşadək futbolçular arasında) verilir.

Bu yay Dortmund “Borussiya”sından “Real”a keçən 20 yaşlı oyunçu özünü yaxşı tərəfdən göstərir. O, Madrid təmsilçisinin heyətində meydana çıxdığı ilk 14 matçda 13 qol vurub.

Shares: