“Neftçi” Azərbaycan Basketbol Liqasının IV turunda “Sumqayıt”a qalib gəlib. Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən görüş qonaq komandanın 90:73 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmanı izləyənlər arasında gənclər və idman naziri Fərid Qayıbov, onun müvani Mariana Vasileva, “Neftçi” futbol klubunun icraçı direktoru Fərrux Mahmudov, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev də olub.
“Sumqayıt”ın heyətində ən məhsuldar basketbolçu Smit Roderik (22 xal, 9 ribaund), “Neftçi”də isə Kamran Məmmədov (21 xal, 4 assist) olub. “Neftçi” 7 xalla ikinci, “Sumqayıt” 5 xalla beşincidir.
Qeyd edək ki, turun ilk oyununda “NTD-İndiqo” səfərdə “Xəzri”ni 86:71 hesabı ilə məğlub edib. IV turun növbəti görüşləri (“Gəncə” – “Xırdalan”, “Şəki” – “Cəlilabad”, “Sabah” – “Sərhədçi”) noyabrın 18-19- da keçiriləcək.