WTA 2023-cü ildə təqdim ediləcək mükafatlara namizədlərin adlarını açıqlayıb.
Beləliklə, 2023-cü il üçün qadın tennisində nominantlar aşağıdakılardır.
İlin oyunçusu:
Iqa Şvyontek;
Arina Sabalenko;
Koko Qauff;
Cessika Pequla;
Yelena Rıbakina;
Marketa Vondrousova.
İlin cütlüyü:
Koko Qauff və Cessika Pequla – 2023-də iki titul
Qabriela Dabrovski və Erin Rutliff – “US Open” çempionları;
Barbora Krejçikova və Katerina Sinyakova – “Australian Open”in çempionları;
Vera Zvonaryova və Laura Sieqemund – “US Open” finalçıları.
İlin tərəqqisi:
Vanq Xinyu – reytinqdə 97-ci yerdən 32-ci yerə yüksəlib;
Zhu Lin – 87-ci sıradan 31-ci yerə yüksəlib;
Kati Bolter – apreldə 157-ci olan tennisçi mövsümü 58-ci bitirib;
Qinven Jenq – bu il ilk WTA titulunu qazanıb;
Jasmin Paolini – apreldə 71-ci olub, mövsümü ilk 30-da başa vurub.
İlin debütantı:
Mirra Andreyeva – “Uimbldon”un ikinci həftəsinə qədər irəliləyə bilib, reytinqdəki ilk 20-lik üzərində dörd qələbə qazanıb, reytinqdə 359 pillə yüksəlib;
Diana Şnayder – karyerasında ilk dəfə finala yüksəlib;
Peyton Stirns – mövsümə reytinqin 200-cü pilləsində başlayıb, ilk 50-yə qədər irəliləyə bilib;
Linda Noskova – Adelaida və Praqada finala yüksələrək ili ilk 50-likdə ən gənc tennisçi kimi başa vurub.
İlin dönüşü:
Marketa Vondrousova – bilək əməliyyatından sonra “Uimbldon”da çempion olub;
Karolina Muçova – topuq zədəsindən sonra mövsümə 151-ci başlayaraq ilk 10-da başa vurub;
Elina Svitolina – analıq məzuniyyətindən sonra, reytinqdə 481 pillə yüksəlib;
Su-Vei Hsieh – 18 aydan sonra qayıdaraq, “Uimbldon”da cütlərdə çempion olub;
Anastasiya Pavlyuçenkova – diz zədəsindən qayıdaraq, mövsüm ərzində reytinqdə 844-cü yerdən 59-cu yerə yüksəlib.