Serbiyalı tennisçi Novak Cokoviç Rafael Nadalla rəqabətindən söhbət açıb.
“Rafa mənim hər zaman əsas rəqibimdir. Onun nə qədər müalicə alıb-almadığının məsələyə aidiyyatı yoxdur. Bütün tennis dünyası kimi mən də onun yenidən qayıdıb uzun müddət oynayacğına səmimi qəlbdən ümid edirəm. Hazırda özünü necə hiss etdiyindən xəbərim yoxdur. Lakin özünün də dediyinə görə sağlıb və məşq edir. Bəlkə də , Avstraliyada artıq onu görəcəyik. İnanmıram ki, Rafa oynamaq xatirinə kortlara dönsün. Onun qələbədən başqa bir şey haqqında düşünməsi mümkünsüzdür.
O, daha çox “Böyük dəbilqə” qazanmaq və ən yaxşılardan biri olmaq üçün qayıdacaq. Görək bundan nə çıxır”, – deyə serb raketka ustası bildirib.