Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turuna start verilir. Azarkeşlər E, F, G və H qrupunun qarşılaşmalarını izləmək imkanı əldə edəcək.

Futbolinfo.az xəbər verir ki, ilk günün ən maraqlı oyunları F qrupunda reallaşacaq. PSJ “Nyukasl”ı, “Milan” isə Dortmund “Borussiya”sını qəbul edəcək. H qrupunda “Barselona” – “Portu” matçı da önəmlidir.

Çempionlar Liqası: qrup mərhələsi, 5-ci tur

E qrupu

20:45. Latsio (İtaliya) – Seltik (Şotlandiya)

00:00. Feyenoord (Niderland) – Atletiko (İspaniya)

Xal: Atletiko – 8, Latsio – 7, Feyenoord – 6, Seltik – 1.

H qrupu

21:45. Şaxtyor (Donetsk, Ukrayna) – Antverpen (Belçika)

00:00. Barselona (İspaniya) – Portu (Portuqaliya)

Xal: Barselona – 9, Portu – 9, Şaxtyor – 6, Antverpen – 0.

F qrupu

00:00. PSJ (Fransa) – Nyukasl (İngiltərə)

00:00. Milan (İtaliya) – Borussiya (Dortmund, Almaniya)

Xal: Borussiya – 7, PSJ – 6, Milan – 5, Nyukasl – 4.

G qrupu

00:00. Mançester Siti (İngiltərə) – Leypsiq (Almaniya)

00:00. Yanq Boyz (İsveçrə) – Srvena Zvezda (Serbiya)

Xal: Mançester Siti – 12, Leypsiq – 9, Srvena Zvezda – 1, Yanq Boyz – 1.

Shares: