Fabio Vieyra üçün il bitib. “Arsenal”ın yarımmüdafiıçisi əməliyyat olunduğundan bir müddət londonlulara kömək edə bilməyəcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə “topçular”ın baş məşqçisi Mikel Arteta məlumat verib: “Vieyra qasıq nahiyyəsindən əməliyyat olundu. O, bir neçə həftə meydanlardan kənar qalacaq. Qış tətilindən sonra düşərgəyə qayıtması mümkündür, lakin nə vaxt forma geyəcəyini bilmirik”.

Ötən yay “Portu”dan “Arsenal”a keçən yarımmüdafiəçi son vaxtlar əsas heyət üzvünə çevrilmişdi. Bu zədə 23 yaşlı portuqaliyalının yerini itirməsinə səbəb olacaq.

Shares: