Rodriqo Bentankur yenə ciddi zədə alıb. O, ötən bazar günü “Aston Villa” ilə ev oyununda ayaq əzələsindən zədə aldığı üçün iki aylıq sıradan çıxıb.
Futbolinfo.az xəbər verir ki, həkimlər “Tottenhem”in yarımmüdafiəçisinə həm də diz bağlarının yırtığı diaqnozu qoyub. Bu isə onun ən azı fevraladək meydanlara qayıda bilməyəcəyi deməkdir.
Zədələr üzündən 8 ay futbol oynamayan 26 yaşlı uruqvaylı 2022-ci ilin yanvarından Londondadır. Amma “Yuventus”dan 19 milyon avroya transfer olunan futbolçu silsilə zədələr üzündən İngiltərədə kifayət qədər oyun zamanı qazanmayıb.