“Qarabağ” Norveçin “Molde” klubu ilə keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun oyununa bir itki ilə yollanıb.

Futbolinfo.az xəbər verir ki, qapıçı Amin Ramazanov zədə səbəbindən kollektivlə birgə səfər matçına yollanmayıb.

Digər futbolçular isə baş məşqçi Qurban Qurbanovun sərəncamında olacaqlar.

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp