Kay Havertsin qolları sıralamağa başlaması Mikel Artetanı sevindirir. “Arsenal”ın baş məşqçisi hücumçusunun həm Almaniya yığmasında, həm də klubda fərqlənməsindən məmnundur.

Futbolinfo.az xəbər verir ki, dünən Çempionlar Liqası matçında “Lans”ın darmadağınında Havertsin də rolu olub. 6:0 bitən matçda hesabı açan oyunçu Artetanı sevindirib: “Haverts getdikcə daha yaxşı təsir bağışlayır. Qollar vurur və bu da onda özünəina yaradır”.

Məşqçi hücumçunun komanda oyununa faydalı olduğuna da inanır: “Ardıcıl qollar vurur, formaya düşür. Tənqidçilər yəqin ki, bir müddət susar. Onun “Lans”la oyunda hesabı açması, daha bir qolda iştirak etməsi qırılma anı oldu. Lazımi vaxtda fərqləndi və gedişatı rahatlaşdırdı. Ümumiyyətlə, Haverts komanda oyununa mühüm töhfə verir”.

Shares: