İngiltərədə yerli “Aston Villa” və Polşanın “Legiya” komandaları arasında keçirilmiş Konfrans Liqasının qrup oyunu ərəfəsində polis əməkdaşları ilə qarşıdurmada iştirak edən 46 azarkeş saxlanılıb.
Futbolinfo.az “Sky Sports” nəşrinə istinadən xəbər ki, onların əksəriyyəti Varşava təmsilçisinin fanatlarıdır.
Tərəfdarlardan 43-ü ictimai asayişi pozmaqda, ikisi polisə hücum etməkdə, digəri isə soyuq silah saxlamaqda ittiham olunub.
Bundan əlavə, polis yeni iğtişaşçıları tapmaq üçün axtarışları davam etdirir. Azarkeşlərlə insident zamanı beş hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.
Qarşılaşma “Aston Villa”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.