İngiltərəli snuker ustası, yeddi dəfə dünya çempionu və “Masters” seriyalı turnirlərin yeddiqat qalibi Ronni O’Sallivan “Böyük Britaniya Açıq Çempionatı”nın qalibi olub.

Final görüşündə idmançı dünya reytinqində 17-ci olan çinli Dinq Junhuiyə qalib gəlib. Görüş 10:7 hesabı ilə başa çatıb. O’Sullivan final matçında iki “century” edib.

Bu, Ronni O’Sallivanın karyerasında 40-cı reytinq tituludur. Bundan başqa o, 22-ci dəfə “Triple Crown” titulunu qazanıb.

Qeyd edək ki, idmançı səkkizinci dəfə “UK championship”in qalibi olur.

Turnirdə çempionluğa görə, əfsanəvi snukerçi 250 min funt sterlinq qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp