Son 3 oyunda meydana çıxa bilməyən “Barselona”nın qapıçısı Andre Ter Ştegenin belindəki ağrılar keçmir.

Vəziyyət daha da pisləşdiyinə görə klub həkimləri başqa metoda əl atmaq qərarına gəliblər.

Məlumata görə, qapıçının vəziyyəti ilə bağlı bir neçə variant müzakirə edilir. Onlardan biri müəyyən müddətə dinclik verilməsi ilə ağrının öz axarı ilə keçməsidir. Digər bir variant əməliyyatdır. Həkimlərin əksəriyyəti məhz bu variant üzərində durur. Əməliyyat olunduqdan sonra müalicə müddəti 6-8 həftə çəkməlidir.

Xatırladaq ki, Ter Ştegen milli komandanın düşərgəsində olarkən belindən ağrılar hiss etməyə başlamışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp