“Aston Villa” Unay Emeri ilə rəqib tanımır. Birmingemlilər xüsusilə ev oyunlarında qarşısıalınmazdır.

Futbolinfo.az xəbər verir ki, ispan məşqçinin gəlişindən sonra iddialıya çevrilən komanda dünən “Mançester Siti”ni də məğlub etdi. Bu, “Aston Villa”nın ardıcıl 14-cü ev qələbəsi oldu.

Ötən mövsümdən davam edən seriya nəticəsində birmingemlilər turnir cədvəlində 3-cü pilləyədək irəliləyib. 32 xal toplayan komanda lider “Arsenal”dan cəmi 4 xal geridədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp