Bolqarıstan çempionatında 20-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə Sofiya “Lokomotiv”i ilə qarşılaşıb və 1:0 hesablı qələbəyə sevinib.
Cəlal da bu matçın iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub.
“Arda” hazırda 31 xalla 7-ci pillədə qərarlaşıb.