Məlum olduğu kimi, Bakıda keçirilən FİA-nın qala-konsertində müxtəlif nominasiyalarda mükafatlar təqdim edilib.
Xatirə mükafatlarından birinə layiq görülən Lyuis Həmilton hədiyyəni götürməyib. O bu hədiyyəni Nihad Nəsirli adında tanımadığı bir gəncə verib. O isə bu barədə məlumatı sosial şəbəkə hesabında paylaşıb.
“Dünən qala-tədbirdə idim. Lyuis Həmilton bu hədiyyəni mənə verib getdi. İndi həmin mükafat mənim evimdədir”, – deyə Nəsirli X sosial şəbəkə hesabında paylaşım edib.
Xatırladaq ki, Həmilton mərasimin Bakıda keçirilməsinə də etirazını bildirmişdi. Gələn il qalib pilotların mükafatlandırma mərasimi Ruandanın paytaxtında olacaq.