Los-Ancelesdən “LA Dodgers” beysbol komandası bu idman növü tarixində bir oyunçu ilə ən böyük müqaviləni imzalayıb.
Komanda 29 yaşlı yapon oyunçu Söxei Otani ilə 700 milyon dollar dəyərində olan 10 illik müqavilə bağladığını elan edib.
Müqayisə üçün qeyd edək ki, argentinalı futbolçu Lionel Messinin ABŞ-nin “İnter Mayami” klubunda maaşı ildə təxminən 54 milyon dollar, yəni on il ərzində 540 milyon dollar, MHL-in “Arizona Koyots” komandasının ümumi dəyəri isə 675 milyon dollardır.
Qeyd edək ki, bu il Söxei Otani “World Baseball Classic”in çempionu olub və turnirin ən dəyərli oyunçusu seçilib. 2021-ci ildə isə o, “Associated Press” tərəfindən ilin idmançısı elan edilmişdi.