2020-ci il Olimpiya oyunlarının ikiqat mükafatçısı, ukraynalı üzgüçü Mixail Romançuk Rusiya idmançılarının Parisdə keçiriləcək Olimpiadada iştirakına icazə verilməsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qərarına fikrini bildirib.

“Bu, idman dünyası üçün böyük biabırçılıqdır. Bu normal deyil. Bu ədalətli deyil. Rusiya Olimpiya xartiyasının müddəası olan sülhə əməl etmir. Bundan başqa onlar dopinq qaydalarına da riayət etmirlər. Belə çıxır ki, hər kəs dopinq qəbul edib, iştirak üçün icazə ala bilər.

Neytral status kifayət deyil. Rusiya idmançılarının 90%-i orduda xidmət edir. Digər yerlərdə də belədir: Ukraynada, Fransada bir çox idmançı ordunun üzvüdür. Bu şəraitdə necə neytral olmaq olar?
Ruslarla eyni hovuzda üzmək? Mən işimi görməliyəm. Ən yaxşı bacardığım şey üzmək və Ukraynanı təmsil etməkdir. Mən üzmək məcburiyyətindəyəm, çünki başqa heç nə edə bilmirəm”, – deyə üzgüçü qeyd edib.

Shares: