Azərbaycan yığmasının və Niderlandın “Eyndhoven” klubunun yarımmüdafiəçisi Ozan Can Kökcünün futbolinfo.az saytına müsahibəsi

– Bu mövsüm “Eyndhoven”in heyətində yaxşı çıxış edirsən. Daha uğurlu ola biləcəksən?

– Bu mövsüm bir üst səviyyəyə çıxdığımı düşünürəm. Həm oyunumla, həm qollarımla komandaya yardımçı olmağa çalışıram. Yeni məşqçi gəldi və biz tamam başqa oyun göstərməyə çalışırıq. Bir zaman keçdikdən sonra hər şey daha yaxşı olacaq.

– Növbəti mövsüm Niderland əsas liqasında oynamaq hədəfi var?

– Liqa bu il daha ağırdır və burada çox köklü komandalar var. Bizim durumumuzda ancaq pley-offda oynamaq haqqında düşünmək olar. Bu, məntiqli gəlir.

– İtaliyalı çalışdırıcı Canni de Byazi Azərbaycan yığmasından ayrıldı. O, yaddaşında necə qaldı?

– Şəxsən ona təşəkkür etdim və gələcək karyerasında uğurlar arzuladım. De Byazi haqqında hansısa şərh verməyi doğru saymıram. Onun getməsi barədə qərarı da AFFA verib. Biz futbolçuların əlindən gələn sadəcə, meydana çıxıb mübarizə aparmadıq. Ən yaxşı şəkildə millimizi təmsil etməliyik.

– Yeni baş məşqçinin azərbaycanlı, yoxsa əcnəbi olmasını arzulayırsan?

– Açığı, mənim üçün elə də fərqi yoxdur. Hər peşəkar məşqçinin öz taktikası, futbol düşüncəsi var.

– De Byazi qalsaydı, uğur qazana bilərdimi?

– Futbolda bu cür proqnozlar vermək olmaz. Heç kəs nə keçmişi dəyişdirə bilir, nə də gələcək barədə nəsə deyə bilər.

– Qarşıda Millətlər Liqasının oyunları olacaq. Dəyişikliklər uğura qazanmaq üçün kifayət edəcək?

– Hər zaman çox çalışıb, meydanda “döyüşüb” ən yaxşı nəticəni qazanmaq lazımdır. Buna cəhd etmək bizim borcumuzdur.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp