Zaqreb “Dinamo”su İvo Qrbiçi heyətinə qatmaq istəyir. Madrid “Atletiko”sunun qapıçısı tezliklə vətəni Xorvatiyaya dönə bilər.
Futbolinfo.az xəbər verir ki, İspaniya klubunda heyətə düşməkdə çətinlik çəkən 27 yaşlı oyunçu 2020-ci ildə “Lokomotiva”dan 3,5 milyon avroya transfer olunub. Bir mövsüm “Lill”də icarədə olan İva daim oynayacağı yerə getməyə çalışır. “Atletiko” da bu üzdən onu satmağa qərar verib.
Həmyerlimiz Mahir Emrelinin çıxış etdiyi komanda yanvarda 2 milyon avro ödəyərək onu alacaq. Madridlilər mövsümün sonunda müqaviləsi bitəcək qolkiper zaqreblilərə indi satmaqla onun azad agent kimi getməsini önləmək istəyir.