“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 10-cu turunun və ikinci dövrənin açılış oyunu baş tutub.

Futbolinfo.az xəbər verir ki, “Xəzri” və “Neftçi” klubları arasında keçirilmiş oyunda mübarizə son dəqiqlərinə qədər davam edib.

Yekunda “Xəzri” 86:84 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular “Xəzri”dən Amil Həmzəyev (22 xal, 8 ribaund), “Neftçi”dən isə Kamran Məmmədov (20 xal, 6 ribaund) olublar.

10-cu turun növbəti oyunları (“Sumqayıt” – “NTD-İndiqo”, “Cəlilabad” – “Sərhədçi”, “Şəki” – “Xırdalan”, “Gəncə” – “Sabah”) 12, 13 və 14 yanvarda baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp