Lion “Olimpik”i Malik Fofananı heyətinə qatıb. Sağ cinah vingeri “Gent”dən transfer edilib.

Futbolinfo.az xəbər verir ki, fransızlar bu transfer üçün 17 milyon avro ödəyib, əlavə olaraq oyunçunun növbəti satışından Belçika klubuna faiz çatacaq. 18 yaşlı Fofana 2028-ci ilin yayınadək müqavilə imzalayıb.

Qvineya əsilli oyunçu yetirməsi olduğu “Gent”in əsas heyətinə 2022-ci ildən cəlb olunurdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp