“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya çempionatında növbəti oyununu keçirib. Artur Jorjenin baş məşqçisi olduğu komanda XVII turda “Portu”nun qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Portu” xallarının sayını 38-ə çatdırıb və 3-cü pillədədir. “Braqa” isə 33 xalla dördüncüdür.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında matçlar fevralın 15-də və 22-də keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp