“Səbail” qış təlim-məşq toplanışı çərçivəsində bu gün 2-ci yoxlama oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir ki, komanda Rusiya “Fakel”i ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

“Fakel” Rusiya Premyer Liqasında mübarizə aparır.

“Səbail” ilk sınaq matçında Rumıniya təmsilçisi “Universitatya Kluj”la qarşılaşıb və qolsuz heç-heçə edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp