Mövsümün ikinci yarısına hazırlığını Antalyada davam etdirən “Turan Tovuz” bu gün iki yoxlama oyunu keçirəcək.

Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisi günün ilk matçında Macarıstanın “Şiofok” komandası ilə qarşılaşacaq.

Ayxan Abbasovun rəhbərlik etdiyi komanda günün ikinci matçında Özbəkistanın “Nasaf” komandası ilə üz-üzə gələcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp