Mehdi Tareminin yeni klubu bəllidir. İranlı forvard “İnter”lə anlaşıb.

Futbolinfo.az xəbər verir ki, amma o, Milan klubuna yalnız yayda qoşula biləcək. “Portu” ilə yeni müqavlə bağlamayan hücumçu, İtaliyaya mövsüm bitdikdən sonra azad agent kimi yollanacaq.

Hazırda Asiya Kubokund çıxış edən oyunçu iki illik müqavilə ilə bağlı razılığa gəlib. Anlaşmanın digər detalları futbolçu yığma komandanın düşərgəsindən döndükdən sonra dəqiqləşdiriləcək.

31 yaşlı hücumçu 2020-ci ilin yayından “Portu”dadır. O, həmin vaxt digər Portuqaliya klubu “Riu Ave”dən 5 milyon avroya transfer edilmişdi.

Shares: