Serbiyalı məşqçi Deyan Miloeviç 46 yaşında vəfat edib.
“Qolden Steyt Vorriorz” komandasında baş məşqçinin asistenti funksiyasını yerinə yetirən mütəxəssis ürək tutmasından dünyasını dəyişib.
Məşqçi dünən axşam klinikaya çatdırılıb. Həmin vaxt komandanın məşqçiləri və oyunçuları birlikdə şam yeməyində idilər. Hadisədən sonra “Qolden Steyt Vorriorz”un “Yuta Caz”la oyunu təxirə salınıb.